​Rusiya və ABŞ əməkdaşlığa başladı - İLK DƏFƏ

Baxış sayı:
2587

Rusiyalı astronavt ilk dəfə ABŞ-ın “Orion” kosmik gəmisi ilə Aya uça bilər.
Muxalifət.az xəbər verir ki, rus astronavt 2024-cu ildə Ay orbitinə yerləşdiriləcək kosmik aparatla bağlı missiyada iştirak edəcək.
O, Rusiya istehsalı olacaq modulun əsas stansiyaya birləşdirilməsi ilə məşğul olacaq.
Modulu istehsal etməli olan “Energiya” şirkəti də artıq məlumatı təsdiqləyib. “Lunar Orbital Platform-Gateway” stansiyasının yaradılması ilə bağlı danışıqlar 2013-cü ildə başlayıb və 2017-ci ildə ABŞ və Rusiya arasında müqavilənin bağlanması ilə yekunlaşıb.
Sözügedən stansiyanın hazırlanmasına 2022-ci ildən başlanılacaq.