​Rusiya ukraynalı girovları geri qaytarır?

Baxış sayı:
11059

Kerç boğazında saxlanılan ukraynalı dənizçilər Kiyevin girov saxladığı ruslarla dəyişdirilə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb.
Rusiyanın diplomatik mənbələrinə əsasən, sözügedən məsələ bu il araşdırılacaq. Əgər Ukrayna tərəfi razılaşmaya hazır olsa, girovlar dəyişdiriləcək.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə 26 noyabrdan 26 dekabra qədər hərbi rejim elan edib.