​Rusiya üçün QORXULU SSENARİ: Vaşinqtondan sonra Kiyev…

Baxış sayı:
5251

Amerika və Avropa limanlarını Rusiya gəmiləri üçün bağlamalıdır.
Bu haqda “Fox News” telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
O qeyd edib ki, Rusiya Kerç boğazında gəmilərin azad hərəkətini bloklayır və bu, Ukrayna üçün ciddi iqtisadi nəticələr yaradır.
“Bu vəziyyətdə Rusiya gəmilərinin Avropa və Amerika limanlarına girişi qadağan edilməlidir”, - prezident deyib.
Dövlət başçısı əlavə edib ki, Kiyev öz partnyorları ilə bu məsələdə hərəkətlərin koordinasiyasına hazırdır.
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi” radiosuna bildirib ki, ABŞ-ın Avropa müttəfiqləri Krım və ya Azov dənizindən çıxan Rusiya gəmilərinə Avropa limanlarına girməyi qadağan edə bilər. Volkerin sözlərinə görə, belə təkliflə yaxın vaxtlarda Almaniyanın hakim Xristian-Demokrat İttifaqının birinci katibi Anneqret Kramp-Karrenbauer (Almaniya kansleri Angela Merkelin varisi ola bilər –red.) çıxış edib.