Rusiya təyyarəsi faciədən döndü

Baxış sayı:
3055

Türkiyənin Antalya şəhərindən Moskvaya rus turistləri daşıyan Airbus A330 İfly tipli təyyarə Qaradəniz üzərində başqa bir uçaqla qarşı-qarşıya gəlib.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.
Rus pilot qarşıdan gələn təyyarənin pilotu ilə əlaqə yaratmaq istəsə də cəhdləri uğursuz olub.
Pilotla radiosiqnal vasitəsilə əlaqə yaratmaq da mümkün olmayıb.
Bu zaman turist təyarrəsi toqquşmamaq üçün daha yüksəyə qalxıb. Pilotun məharəti nəticəsində təhlükə sovuşub.