Rusiya Türkiyə diasporunu qeydiyyata alıb – BƏS UAK?

Türkiyə diasporu Moskvada, Moskva vilayətində, Voronej və Samara vilayətlərində fəaliyyət göstərəcək
 
Rusiyanın birdən-birə dörd regionunda Türkiyənin diaspor təşkilatları açılııb.
Rusiya Ədliyyə Nazirliyi "Türk icması" Türkiyə mədəniyyətinin inkişafı və dəstəklənməsi, Rusiya-Türkiyə münasibətləri və dostluğu regionlararası ictimai təşkilatını rəsmən qeydiyyata alıb.
Türkiyə diasporu Moskvada, Moskva vilayətində, Voronej və Samara vilayətlərində fəaliyyət göstərəcək.
Rusiyadakı Türkiyə diasporunun lideri Yusuf Şen "Report"a açıqlamasında təşkilatın faktiki olaraq beş ildir fəaliyyət göstərdiyini bildirib.
"Bu müddət ərzində diasporumuz bir çox konfranslar, görüşlər, festivallar, televerilişlər və s. təşkil edib və onlarda iştirak edib. Rusiya-Türkiyə dostluğu üşün göstərdiyimiz səylərimizi çoxaltmaq üçün rəsmi təşkilat kimi qeydiyyatdan keçmək qərarına gəldik. Məqsədimiz Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək, Rusiyada Türkiyə mədəniyyətini təbliğ etmək, hər iki tərəf üçün mühüm olan layihələrdə iştirak etmək, həmvətənlərimizə yardım etməkdir", - Y.Şen vurğulayıb.
O, həmçinin Türkiyə diasporunun Azərbaycanın Rusiyadakı ictimai təşkilatları ilə fəal əməkdaşlıq edəcəyini açıqlayıb.
Qeyd: Bu informasiyanın işığında Azərbaycanın diaspora təşkilatını Ləğv edən Rusiyanın Azərbaycana yönəlik siyasətini bir daha sorğulamaq lazım olduğunu düşünürük. Məhz bu kontekstdə düşünəndə görsənir ki, Rusiyanın UAK-ın ləğv olunmasından tutmuş, son təxribat xarakterli yanğın və partlayışların arxasında Kremlin çirkin niyyətləri durur və bu maraqlar cəmiyyətin bütün sahələri üzrə özünü biruzə verir.
Muxalifet.az