Rusiya-Türkiyə anlaşmasına BMT-dən ilk şərh

Baxış sayı:
4462

Birləşmiş Millətlər Təşkilatı baş katibinin sözçüsü Stephane Dujarric, prezident Putin və prezident Ərdoğan arasındakı görüşün çox əhəmiyyətli bir toplantı olduğunu və İdlibdəki insanlara müsbət təsirinin olacağına ümid etdiyini deyib
 
TÜRKİYƏ VƏ RUSİYANIN QƏRARINA HÖRMƏT EDİN
 
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın müşaviri Yan Egeland isə, Türkiyə və Rusiyanın İdlibdə silahlardan təmizlənmiş bir bölgə yaradılması qərarına Suriyada Əsəd rejimi və silahlı müxalif qrupların rəayət etmələrinə çağırıb.
Twitter hesabı üzərindən açıqlama edən Egeland, anlaşmanın İdlibdə yaşayan milyonlarla insan üçün bir ümid olduğuna işarə edən Egeland, "Türkiyə və Rusiya, yerindən edilmiş insanlara qarşı dəhşətli bir müharibənin qarşısını ala biləcək plan məsələsində həmfikirdir. Suriya hökuməti və (Əsəd rejimi) silahlı müxalif qruplar, müqaviləyə hörmət etməli, qan tökülməsinə yol açmamalı və humanitar yardımlara icazə verməlidirlər" deyə, qeyd edib.
Müxalifət.az