Rusiya Trampa yardım edib - HESABAT

Baxış sayı:
4078

“Vaşinqton Post” qəzeti Senat üçün hazırlanan hesabatın layihəsini əldə edib. Hesabatda dünyanın aparıcı şirkətləri Google, Facebook və Twitter-dəki paylaşmalar araşdırılarkən milyonlarla göstərici üzərindən analiz aparılıb.
 
Sosial media analiz şirkəti olan və Oksford Universiteti nəzdində çalışan “Computational Project and Graphikan”-ın hazırladığı hesabatda, ABŞ-ın Rusiyanın seçkilərə müdaxilə etdiyi vasitə təşkilat İnternet Araşdırmaları Agentliyinin məlumatları analiz edilib. Hesabatda, xüsusilə Amerikalı seçiciyə yönəlmiş mesajların atıldığı və seçkilərə yanaşılarkən prezidentlik yarışında mübarizə aparan namizədlərin mübahisə proqramlarına, ya da partiya zirvə toplantılarına qatıldığı zamanlarda məlumat çirkliliyi yaradıldığı ortaya çıxıb.
Bu həftə dərc olunacaq hesabatda, ABŞ prezidenti Trampın 2016 seçki kampaniyasına dəstək verildiyi və ABŞ seçicisinə sosial media üzərindən tez-tez silahlı hücumlar və irqçilik məsələsində cəmiyyəti parçalayıcı paylaşmaların yayımlandığı müəyyənləşdirilib.
Senatın istəyi ilə hazırlanan hesabatda, haqqında Rusiya rəsmiləri daha əvvəl bu məsələ ilə heç bir əlaqələrinin olmadığını bildirmişdi.
Bu ilin əvvəlində xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşı 3 şirkətin ABŞ seçkilərinə müdaxilə etdiyini və cəmiyyəti parçalayacaq mesajlarla seçicini idarə etdiyini bildirmişdi.
Müxalifət.az