“Rusiya Suriya məsələsində ikili oynayır”- Elxan ŞAHİNOĞLU

Baxış sayı:
743

“Silahlı kürdlərin neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək”
 
“Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”.  Muxalifet.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
 
“Ənənəvi rus-kürd yaxınlığı
 
E.Şahinoğlu sual edir ki, Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq? Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir”.

Cavid, Muxalifet.az