Rusiya ŞOK-da! - ABŞ təyyarələri Ukrayna üçün havaya qalxdı

Baxış sayı:
8647

Ukrayna ilə Rusiya arasında gərginlik davam edərkən ABŞ Ukraynaya olan dəstəyini göstərmək üçün Açıq Səmalar Müqaviləsi çərçivəsində fövqəladə bir uçuş həyata keçirib.
 
ABŞ Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, "Bu gün ABŞ və müttəfiqləri Açıq Səmalar Müqaviləsi çərçivəsində fövqəladə bir uçuş icra edib. Bu uçuşun məqsədi ABŞ-ın Ukrayna və digər millətlərə olan dəstəyini göstərməkdir" ifadələrinə yer verilib.

Rusyanın fəaliyyəti təhlükə kəsb edir
 
Rusiyanın Kerç boğazında hər hansı bir təxribat olmadan Ukrayna gəmilərinə hücum etməsinin Moskvanın getdikcə artan hədələyici və təxribat yönlü fəaliyyətlərini təhlükəli bir şəkildə artırdığı vurğulanan açıqlamada, "ABŞ, Avropa ölkələrinin təhlükəsizliyi üçün dəstək verməyə qərarlıdır" deyə bildirilib.
Bəyanatda, həmçinin “ABŞ Rusiya ilə daha yaxşı münasibət qurmaq istəyir, ancaq bunun Rusiyanın Ukrayna və digər bölgələrdə "qanunsuz və sabitliyi pozan fəaliyyətləri" səbəbilə mümkün olmayacağı bildirilib.

Müxalifət.az