“Rusiya şirkətləri İraq Kürdüstanında işini davam etdirəcək” - Aleksandr Novak

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki (İKRR) fəaliyyətini davam etdirəcək.
 
Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, “Gazprom”, “Rosneft” və digər Rusiya şirkətləri Şimali İraqdakı fəaliyyətlərini davam etdirir və gələcəkdə də davam etdirəcək.
Qeyd edək ki, ötən günlərdə “Gazprom Neft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki layihəsindən imtina etdiyini açıqlamışdı.