Rusiya Səfirliyindən “Türkiyə” qeydi

Baxış sayı:
11962

Rusiyanın Ankaradakı səfirliyi 15-22 aprel tarixləri arasında qeyd olunan "Turizm Həftəsi” münasibətilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sosial mediada paylaşılan qrafika istinad edərək “Həqiqətən Türkiyəni sevirik” qeydini paylaşıb.
 
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 15-22 aprel tarixləri arasında qeyd olunan “Turizm Həftəsi” münasibətilə sosial mediada paylaşdığı məlumatlara görə, 2018-ci ildə Rusiya Federasiyasından Türkiyəyə gələn turist sayı 6 milyona yaxınlaşmış vəziyyətdədir.
Nazirliyin bu göstəricisinə istinad edən Rusiyanın Ankaradakı səfirliyi, “Həqiqətən Türkiyəni sevirik” qeydini yazaraq sosial mediada paylaşıb.
Müxalifət.az