Rusiya rəsmi olaraq bəyan etdi: “SURİYA BÖHRANINDA TÜRKİYƏ VASİTƏÇİDİR”

Baxış sayı:
3712

Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Şamanov Şərqi Qutanın Duma rayonunda istifadə edilən kimyəvi silahla bağlı yaranan böhrana aid çox mühüm bir bəyanat verib.
 
Rusiya Dumasının Müdafiə Komitəsinin sədri, təqaüddə olan general Vladimir Şamanov, Moskva ilə Vaşinqtonu qarşı-qarşıya gətirən Duma böhranında Türkiyənin vasitəçi olduğunu bildirib.
Rusiya və ABŞ baş qərargah rəisləri arasında yeni görüşün keçirildiyini açıqlayan Şamanov, "Baş Qərargahlar arasında dialoq başlayıb. Təmas Türkiyədəki həmkarlarımız vasitəsi ilə təmin olunub. Bundan başqa, NATO əlaqə kanalları da istifadə edilir" deyə, bildirib.
Müxalifət.az