Rusiya “qırmızı həyəcana” keçdi: ABŞ MÜDAXİLƏ ETSƏ, VURACAQLAR

Baxış sayı:
5419

Şərqi Gutadaki kimyəvi hücumdan sonra Rusiya, ABŞ tərəfindən raket hücumu və ya başqa müdaxiləyə qarşı Suriyada hərbi mövqeyini dəyişir.
 
Suriyada yerləşən Rus raket əleyhinə müdafiə S-400 sistemi aktivləşdirilib. 2 matorlu qırıcı MIG-31 təyyarələri 24 saat havada patrulluq edir. Əsəd rejiminin ABŞ raketlərin mənzilində olan 20 kritik region və bazası olduğuna diqqət çəkilir.
 
BÜTÜN BAZALARDA “QIRMIZI HƏYƏCAN”
 
Bazaların bəzilərində Rus hərbçilərinin olduğu da gələn məlumatlar arasındadır. ABŞ-ın Rus əsgərlərinin olmadığı bölgələri hədəf ala biləcəyi bildirilir. Suriya daxilindəki Rus hərbi varlığı olan bütün bazalarda “qırmızı həyəcan” siqnalı verilmiş vəziyyətdədir. ABŞ müdaxiləsi olduğu təqdirdə Amerikan donanmasına məxsus gəmi və təyyarələrə qarşı atəş açılacağı irəli sürülür.
 
ABŞ DƏNİZDƏN VURA BİLƏR
 
ABŞ-ın Əsəd hərbi bazalarını Aralıq Dənizindəki gəmilərindən vuracağı ehtimal edilir. ABŞ-ın bu hərəkətlə həm Rusiya, həm də İrana cavab vermək istədiyi bildirilir.
Müxalifət.az