"Rusiya Qarabağdakı hiyləsini burda işlətməsin" - LİTVA

Rusiyanın Ukraynanın şərqindəki separatçılarla Ukrayna ordusu arasında sülhməramlılar yerləşdirməsi təklifi qəbuledilməzdir.
 
Bunu jurnalistlərə açıqlamasında Litva prezidentinin müşaviri Neriyus Alekseyunas söyləyib.
“Əsas hədəf o olmalıdır ki, BMT sülhməramlıları Rusiya-Ukrayna sərhədinə yerləşdirilsin. Sülhməramlıların bu ərazidə yerləşdirilməsi konfliktin həllinə yardım edə bilər. Biz istəyirik ki, digər regionlarda olduğu kimi hiylə işlədib konflikti dondurmasınlar, Dnestryanı və ya Qarabağdakı kimi qeyri-stabillik ocaqları yaratmasınlar”, – deyə o bildirib.