Rusiya Pentaqona məxfi məktub göndərdi

Baxış sayı:
2335

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın Baş Qərargah rəisi Cozef Danforda Suriya ilə bağlı məxfi məktub göndərib.
 
Bu barədə informasiyanı “Röyter” agentliyi əldə etdiyi məxfi sənədlər əsasında yayıb. Agentlik məktubun Danforda Putinlə Trampın Helsinkidəki görüşündən bir neçə gün sonra – 19 iyulda verildiyini bildirib.
Məktubda Gerasimov Suriya qaçqınlarının geri qaytarılması və ölkənin dağıdılmış infrastrukturunun bərpası istiqamətində birgə çalışmağı təklif edib. Rusiya tərəfinin birgə fəaliyyət haqqında etdiyi təklif Bəşər Əsəd rejiminin nəzarəti altında olan regionlara aid edilib. Gerasimovun təklifi Vaşinqtonda çox soyuq qarşılanıb.