Rusiya Paşinyanın düşmənini verməkdən imtina etdi

Baxış sayı:
13330

Rusiya hökuməti Ermənistanın “banan kralı” olaraq tanınan Miqran Poqosyanı İrəvana verməkdən imtina ediblər.
Bu məlumatı “İrates” qəzeti yayıb. Qəzet Rusiya hökumətinin bu addımı Ermənistanın məhkəmə hakimiyyətinə etibar etmədiyi üçün atdığını bildirib:
Qeyd edək ki, Miqran Poqosyan Ermənistan Ədliyyə Nazirliyinin Məhkəmə Aktlarının İcrası Xidmətinin keçmiş rəhbəridir. O, uzun illər Ermənistanda “banan kralı” kimi tanınıb. General-leytenant olan Poqosyan hazırda Moskvada gizlənir./Axar