​Rusiya ötən il silah ticarətindən 15 milyard dollar qazanıb – PUTİN AÇIQLADI

Baxış sayı:
3916

2017-ci ildə Rusiya xaricə 15 milyard dollardan çox müdafiə məhsulları ixra edib.
TASS xəbər verir ki, bunu ölkə prezidenti Putin Hərbi-Texniki Əməkdaşlıq üzrə Komissiyanın iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkə bununla da növbəti dəfə sübut edib ki, dünyanın silah bazarında liderdir.
Prezident əlavə edib ki, ölkə hətta "sərt qeyri-rəqabətli şərtlər"lə artıq üçüncü ildir ixracı sabit şəkildə artırır.
Ötən il həmçinin 16 milyard dollarlıq bir neçə yeni müqavilələr də bağlanılıb. Bu, 2016-cı illə müqayisədə iki dəfə artıqdır. Rusiya silahı üçün sifarişlərin ümumi portfeli isə 45 milyard dollardır.
Xatırladaq ki, 2015-ci ildə müdafiə məhsullarının ixracı Rusiya büdcəsinəsinə 14,5 milyard dollar gəlir gətirib. 2016-ci ildə isə bu rəqəm 15 milyard dollardan çox olub(report).