Rusiya ordusu döyüş vəziyyətinə gətirildi – TƏCİLİ

Baxış sayı:
3910

Rusiya ordusu döyüş vəziyyətinə gətirilib. Ölkənin demək olar ki, hər yerində hərbi texnika və raket sistemlərinin hərəkətliliyi müşahidə olunub.
Bu barədə “Xəbər 7” yerli mənbələrə istinadən informasiya yazıb.
Məlumata görə, hərəkətlilik xüsusən Ukrayna, Belarus, Transbaykal və ölkənin şərq sərhədlərinə yaxın ərazilərdə müşahidə edilib. Bəzi mənbələr dəniz, hava və digər hərbi bazalara idarəetmə və nəzarət sistemlərinin yerləşdirildiyini qeyd edib.
Mütəxəssislər hərbi aktivliyə səbəb kimi Şərqi Qutada kimyəvi silah tətbiqindən sonra Suriyanın ABŞ-NATO işğalına məruz qalması ehtimalını göstəriblər.
Qeyd edək ki, ötən gün Rusiyanın Suriyadakı S-400 raket sistemləri tam döyüş vəziyyətinə gətirilmiş, qırıcılar ABŞ-ın Aralıq dənizindəki manevrlərini izləmək üçün havaya qaldırılmışdı.