RUSİYA: "MÜBARİZƏ APARACAĞIQ!"

Baxış sayı:
5479

İkili standartlara qarşı
 
Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriya ordusunu dəstəkləməyə davam edəcəyini bildirib. TASS informasiya agentliyinin verdiyi xəbərdə bildirilir ki, BMT İnsan Hüquqları Şurasının terrorçuları “yaxşı” və “pis” kimi ayırmasının qəbuledilməz olduğunu və Rusiyanın bu ikili standartlara qarşı mübarizə aparacağını bildirib.
BMT TŞ-nın qəbul elədiyi bir aylıq atəşkəs dünən tətbiq edilməyə başlayacaqdı, lakin, Əsəd hökumətinin Şərqi Qutadakı yaraqlılara hücum eləməsi səbəbindən heç kim Şərqi Qutadan çıxa bilməyib.
Rusiya prezidenti Vladimir Putin səhər saat 09.00 ilə 14.00 arasında silahların susacağını bəyan eləmişdi.