​RUSİYA: Moskvaya heç bir sübut təqdim edilməyib

Baxış sayı:
2797

Rusiya hələ də Solsberidə baş verən hadisə ilə bağlı heç bir material əldə etməyib.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
“Moskvaya Solsberidə baş verən hadisə ilə bağlı suallara cavab verməsi üçün hələ də heç bir sübut təqdim edilməyib”, - XİN açıqlamasında deyilib.
Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal Solsberi şəhərində qızı ilə birlikdə zəhərlənmişdi.