Rusiya Misirə Su-35 təyyarələri satacaq

Baxış sayı:
5473

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Rusiya Misirə onlarla Su-35 təyyarələri satmaq barədə kontrakt imzalayıb.

Müdafiə sənayesinin iki nəfər top-menecerinə istinadla bu barədə «Kommersant» qəzeti yazıb. Onların sözlərinə görə, 20-dən artıq maşının və aviasiya-hücum vasitələrinin tədarükü barədə 2 milyard dollarlıq saziş ötən ilin sonunda qüvvəyə minib. Artıq gələn il tədarükə başlana bilər.

Xeyli maraqlıdır ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyaları fonunda Rusiya yeni-yeni bazarlar fəth etməkdədir. İstisna deyil ki, Türkiyə də ABŞ-ın «cığal» hərəkətlərindən bezib də sonda F-35 təyyarələrinin əvəzində Rusiyadan Su-35 maşınları alacaq.