Rusiya Kim Çenin arxasında dayandığını bəyan etdi – “ABŞ-ın ŞƏRQİ ASİYADA YERİ YOXDUR”

“Assoşieyted Press” informasiya agentliyi Kim Çenin yeni bir raket sınağına hazırlaşdığını son dəqiqə xəbərlərində dünyaya yayıb.
Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın hidrogen bombası sınağından sonra həyacan rejiminə keçən Cənubi Koreya, ard-arda “Hyunmoo II” ballistik raket atəşləri açıb. ABŞ və Cənbi Koreya artan təhdidə qarşı birgə təlimləri daha da intensivləşdirməyi qərara alıblar. AP və “Röyters” təlimlərdə çəkilən fotoları dünyaya yaymaqdadırlar.

Rusiya Şimali Koreyanı dəstəkləyir

Rusiya Federasiyası isə Şimali Koreyanın nüvə təhdidi olmadığını bildirib və Cənubi Koreyanın  meydana çıxardığı yeni ABŞ raket hücumundan müdafiə sisteminə qarşılıq verəcəyini bəyan edib.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bu gün səhər saatlarında verdiyi açıqlamada Şimali Koreyanın real nüvə təhdidi olmadığını bildirib.
Moskvanın Cənubi Koreyada yerləşdirilən ABŞ raket hüvumundan müdafiə sisteminə qarşılıq verəcəyini bildirən Ryabkov deyib: “Daha güclü və ağıllı olanlar özlərinə nəzarət eləməlidirlər. Hər hansı bir yanlış addım partlayışa səbəb ola bilər”.
Çinin “Şinhua” rəsmi xəbər agentliyi, dünən verdiyi xəbərdə BRİKS liderlər sammitində görüşən Çin və Rusiya prezidentləri Si Szinpin ilə Vladimir Putin Şimali Koreyaya qarşı atılacaq addımlar barədə razılaşdıqlarını bildiriblər.
 
Rusiyadan təhdidli eyham
 
Sergey Ryabkov yuxarıda haqqında yazılan açıqlamasında Rusiya sərhədi yaxınlığında, yəni Cənubi Koreyada ABŞ-ın THAAD raket hücumuna qarşı müdafiə sistemlərinin yerləşdirilməsi barədə suala cavab verərkən belə deyib: “Hər şey belə həyəcanlı templərlə davam edəcəksə, hansısa məqamda əks-balansı tarazlaşdırmaq üçün Rusiyanın da sözün hərbi mənasında reaksiya verəcəyi məsələsi  gündəmə gələ bilər. Hadisələri qabaqlamaq istəmirəm. Lakin bu və ya digər məsələni kontekstdən çıxararaq qəbul eləmək olmaz”.
“THAAD abbreviaturasını rus dilində açması - raket başlıqlarının kiçilən trayektoriya daxilində atmosfer fövqündə yaxalanması sistemləri deməkdir. Onlar asanlıqla uzaq mənzilli raket hücumundan güclü müdafiə sistemlərinə çevrilə bilirlər. Və bütün bunlar Amerika raket hücumundan müdafiə sistemlərinin inteqrasiyasının elementlərinə çevrilirlər”.
Bu ilin iyul ayında ABŞ və Cənubi Koreya THAAD (Terminal High Altitude Area Defense) sistemlərinin yerləşdirilməsi barədə razılaşma əldə ediblər. Razılaşmaya görə, lazım gələrsə, bu sistemlərdən Şimali Koreyanın ballistik raketlərinin qarşısını almaq üçün istifadə edilə bilər. THAAD kiçik və orta hərəkət radiusuna malik raketlərin atmosferdən yüksəklikdə tutulmasıı üçün hazırlanıb.  nəzərdə tutulur.
THAAD-ın yerləşdirilməsi Çin və Rusiyanın narahatlığına səbəb olub. Çünki regionda strateji balanın pozulması təhdidi yarasır. Yaponiya isə, əksinə, bu planları dəstələyib və regionda, sülh və sabitliyin təminatı kimi qəbul edib.
Beləliklə, əvvəlcə “Əl-Qaidə”, sonra isə İŞİD fanatikləri təhdid bəhanəsi ilə və koalisiya qüvvələri, SDQ adı altında Yaxın Şərqdə hərbi bazalar yerləşdirmiş ABŞ, parçalanmış Koreyanın Cənubunu Şimaldan qorumaq adı ilə indi də Şərqi Asiyada hərbi qüvvələrini yerləşdirməyə başlayıb.
Rusiyanın son hadisələrə münasibətinə və roluna gəldikdə isə, saytımızdakı xəbərlərin virində Sergey Markovdan gətirdiyimiz sitatı bir daha xatırlatmaq yerinə düşərdi:
 
Markov: “Hidrogen bombası lap yerinə düşdü”
 
Rusiyanın tanınmış politoloqu, RF İctimai Palatasının komissiyalarası işçi qrupunun sədri Sergey Markov bu barədə öz “Feysbuk” səhifəsində belə yazıb: “Şimali Koreyada hidrogen bombası partlayışı tam vaxtında baş verib. KXDR rəhbərinin administrasiyasının düzgün planlama bacarığı hiss olunur. Düz BRİKS sammiti astanasında partladıblar. Məhz indi Putin ilə Si görüşürlər və Koreya böhranının nizamlanmasının yol xəritəsini ilə bağlı öz planlarına güclü impuls vermək üçün onlara gözəl fürsət yaranıb. Bu plana görə KXDR, ABŞ-ın Cənubi Koreyada hərbi fəallığını dayandıraq müqabilində nüvə bombalarının sınağını dayandırmalıdır. Pxenyanın partlayış sınağı vaxtını Pekinlə razılaşdırmış olduğunu eşitsəm, təəccüblənmərəm. Çünki, KXDR hamını qorxutmaqdan çox, Amerika təcavüzünə məruz qalmayacağına təminat lamaq istəyir. Rusiya ilə Çin də belə bir qərarın verilməsini istərdilər”.