Rusiya İsraili təşvişə salacaq qərarı verdi

Baxış sayı:
6103

Rusiya Müdafiə Nazirliyindən edilən açıqlamada iki həftə içərisində Suriyaya S-300 raketlərinin sövq ediləcəyi bildirilib.
 
Rusiyanın müdafiə naziri Sergey Şoygunun verdiyi məlumata görə, S-300 raket müdafiə sistemi iki həftə ərzində Suriyaya çatdırılacaq.
Rusiya, həmçinin Dəməşq rejiminin əlindəki hava müdafiə sistemini Rus izləmə və tanıma sistemlərilə də təchiz edəcək.
Qeyd edək ki, Aralıq dənizində Suriyanın atdığı raketlə vurulan Rus təyyarəsindəki 15 əsgər öldü. Rusiya dünən verdiyi açıqlama ilə İsrailə aid F-16-ların bilərəkdən Rus təyyarəsini hava müdafiə sisteminə doğru itələdiyini qeyd etmişdi.
Təl-Əviv rəhbərliyi isə, düşən təyyarə ilə bağlı Suriya, İran və Hizbullahı günahlandırır.
Müxalifət.az