​“Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edirəm” - TİLLERSON

ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına, Suriya böhranının nizamlanacağına və Koreya yarımadasında sülhün bərqərar olacağına ümid etdiyini bəyan edib.
“Bildiyiniz kimi, biz hazırda Dövlət Departamentində dəyişikliklər edilir. Vəzifəm dövründə  aşağıdakı əsas məsələləri həll etmək istərdim: Şimali Koreyada sülhü bərpa etmək; Suriyadakı münaqişənin nizamlanmasına nail olmaq;  Liviyadakı münaqişəni həll etmək; və mən buna ümid edirəm, Rusiya ilə münasibətləri normallaşdırmaq”, - deyə Tillerson ABŞ-ın Londondakı səfirliyində çıxışı zamanı bildirib.