Rusiya ilə Avropanın gizli biznesi ifşa olundu

Baxış sayı:
3862

Macarıstan xarici işlər naziri Peter Sayyarto bildirib ki, Avropa İttifaqı Rusiya ilə sıx münasibəti dəstəkləyir, ancaq bunu gizlədir.
 
Bununla bağlı “Der Standard” nəşri məlumat yayıb.
Buna sübut kimi Sayyarto ötən il 4 dəfə keçirilən Avstriya kansleri Sebastyan Kurts ilə Rusiya prezidenti Vladimir Putin arasındakı görüşləri göstərib. Bundan başqa, Macarıstan XİN rəhbəri Fransa və Rusiya liderləri arasında telefon danışığını, eləcə də Emmanuel Makronun Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirakını qeyd edib.
“Qərb ölkələri Rusiya ilə sıx münasibəti dəstəkləyir, ancaq bunu gizlədir”, - o bildirib.