​Rusiya ilə ABŞ yenidən qarşı-qarşıya: BMT-nin İran toplantısında SƏRT QƏRARLAR

Baxış sayı:
4211

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranda baş verən etiraz aksiyalarını müzakirə etmək üçün toplantı təşkil edəcək.
Muxalifət.az xəbər verir ki, toplantı qərarı ABŞ-ın tələbindən sonra qəbul edilib.
ABŞ toplantıda İranda baş verən etirazları gündəmə gətirmək istəyir. Ancaq ABŞ-ı İranın daxili məsələlərinə qarışmaqda ittiham edən Rusiya toplantıda etiraz aksiyalarının müzakirəsi üçün şuradan səsvermə tələb edə bilər.
Məsələnin müzakirə edilməsi üçün Şuranın 15 üzvündən 9-nun qərarın lehinə səs verməsi lazımdır.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli İranda baş verən etirazlar və zor tətbiq edilməsi ilə bağlı Təhlükəsizlik Şurasında təcili toplantı edəcəklərini bildirmişdi.
Toplantı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.