​RUSİYA İDLİBİ VURDU - Həlak olanlardan 3-ü uşaqdır

Baxış sayı:
5701

Muxalifet.az xəbər verir ki, Rusiya hərbi təyyarələrinin Suriyada, “İdlib Gərginliyi Azaltma Bölgəsi” sərhədləri içərisindəki məntəqələrdə həyata keçirdikləri hava hücumu nəticəsində 3 nəfəri uşaq olmaqla, 8 nəfər dinc sakinin həlak olduğu, yaralılarının sayının çox olduğu bildirilir.
Türkiyə mətbuatının yerli mənbələrə istinadən verdiyi xəbərə görə, gecə səhərə qədər İdlibin cənubundakı Muhambil rayonuna, Əl Fateere, Hassane və Əl Rekaya kəndlərinə; Hamanın şimal və qərbində isə Kifrenbude rayonunda Əl Naklus, Əl Sirmani, Əl Misteriha və Əl Tüvbe kəndlərinə güclü hava hücumları təşkiil edilib.
Son üç gündə keçirilən keçirilən hücumlar nəticəsində ümumilikdə ən azı 35 nəfər dinc sakinin həlak olduğu bildirilir. 
Müxaliflərə məxsus təyyarə müşahidəsi təşkilatı hücumların Xmeymim bazasından havaya qalxan Rusiya hərbi təyyarələrinin həyata keçirdiyini bildirib. Rusiyanın hücumları nəticəsində ötən ay azı 13 nəfər dinc sakinin həyatını itirdiyi bildirilir.