Rusiya hücum üçün 3 sayt yaratdı – XƏBƏRDARLIQ

Baxış sayı:
889

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı Rusiya anti-dopinq agentliklərinə haker hücumları təşkil edə bilər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın kompüter təhlükəsizliyi sahəsində çalışan “ThreatConnect Inc” şirkəti məlumat yayıb.
Şirkət rəsmiləri Ümumdünya Dopinqlə Mübarizə Agentliyi, ABŞ Dopinqlə Mübarizə Agentliyi və Asiya Olimpiya Şurasının saytlarını təqlid edən 3 yeni internet domeninin qeydiyyatdan keçirilməsindən bu nəticəyə gəldiklərini bildiriblər. Həmin saytların haker hücumları üçün baza mahiyyəti daşıya biləcəyi və hücumlarda istifadə ediləcəyi qeyd olunub.
Qeyd edək ki, Ümumudunya Dopinqlə Mübarizə Agentliyi Rusiya idmançılarını Olimpiya oyunlarında iştirak hüququndan məhrum edib.