Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

Bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb
 
Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryov hərbi xidmətdən və vəzifədən kənarlaşdırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Həmin sərəncamla həmçinin Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov da tutduğu vəzifədən azad edilib.