Rusiya hərbi bazasına hücumda ABŞ İZİ

Baxış sayı:
2327

Rusiyanın Suriyadakı Hımeymim bazasına insansız hava vasitələri ilə hücumu İdlibdə Pentaqona çalışan bir qrupun həyata keçirdiyi iddia edilib.
 
İddianı gündəmə gətirən “Yeni Şəfəq” qəzetinin yazarı Qiymət Sezərin verdiyi xəbərə görə, Rusiyanın Suriyadakı Hımeymim bazasına yönəlik İHA hücumunun arxasından ABŞ çıxıb. İdlibdəki müxaliflər arasında ABŞ üçün çalışan xüsusi bir qrup, regionda bir müddətdir ki, təminatçı ölkələrin səylərinə qarşı pozuculuqla məşğul olur. Kustar üsulla hazırlanan İHA-ların Rus bazasının təcavüz edilməsi  üçün qruplara ABŞ tərəfindən verildiyi öyrənilib.
Təxribatın təfərrüatlarından Rus tərəfinin də tamamilə xəbərdar olduğu bildirilib.

ABŞ-ın istiqamətləndirdiyi bu qrupun məqsədi bölgədə Rusiya və rejimə hücum etməklə Türkiyəni qarşıdurmaya girməyə məcbur etməkdir.
Bu təxribat hərəkətlərinin hədəfləri arasında Türkiyənin Afrin əməliyyatının qarşısının alınması da var. Bu kontekstdə İdlibdən Türkiyəyə yeni milyonluq köç dalğası yaratmaqla Ankaranın başını qatmaq istəyirlər.

Müxalifət.az