​Rusiya hökumətini yıxmaq istəyənlər ələ keçdi - Əməliyyat

Baxış sayı:
4468

Hizbut-Təhrir qruplaşmasının Rusiya üzrə rəhbəri və digər region liderləri Tatarıstanda ələ keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilib.
Qruplaşma liderlərinə yönəlik əməliyyatda Daxili İşlər Nazirliyinin və Milli Qvardiya bölmələrinin də iştirak etdiyi bildirilib.
Məlumatda bildirilib ki, dünyəvi xilafət qurmaq doktrinası üzrə hərəkət edən sözügedən şəxslər Rusiyada suveren dövləti məhv etmək yönündə konstitusiyaya zidd fəaliyyətdə olublar.