Rusiya helikopterinin vurulması ilə bağlı araşdırmalara başlanılıb - BAŞ PROKURORLUQDAN AÇIQLAMA

Baxış sayı:
1166

Doqquz noyabr saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul olunması təmin ediləcək.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
"Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir", - deyə məlumatda qeyd edilir.