​Rusiya gəmisi 2 aydır İstanbuldan buraxılmır - Səbəb

Baxış sayı:
2110

Təmir üçün İstanbula gələn "Streamline" yük gəmisi borc səbəbindən saxlanılıb, gəminin 11 rus ekipajı təxminən 2 aydır geri qayıtmayıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Peşə Birliyinin sədri Aleksandr Rubtsov bildirib.
Rubtsov yük gəmisinin təmir üçün Moskva şəhərindən İstanbula getdiyini, gəminin daha sonra Rusiyaya geri dönəcəyinin planlaşdırıldığını deyib:
"Gəmi İstanbula gedəndə keçmiş sahibindən qalan borclar səbəbindən həbs olundu. Borcun məbləği təxminən 500 min dollardır. Gəmidə 11 ekipaj var, 9-u Moskva regionundandır. Təxminən 2 aydır gəmidən ayrılmırlar. Gəminin sahibi ilə əlaqə yaratmaq olmur".