Rusiya Fəratın şərqi ilə bağlı ABŞ-a nota verdi

Baxış sayı:
3430

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov mətbuata etdiyi yazılı açıqlamada, “Rusiyanın müdafiə naziri Sergey Şoygu-nun təlimatı ilə ABŞ-ın Rusiya səfirliyinin müdafiə üzrə attaşesi vasitəsilə ABŞ müdafiə naziri James Mattisə iki nota göndərilib” deyib.
 
Konaşenkovun verdiyi açıqlamada deyilir:
"Rusiyanın ilk notasında ABŞ-ın nəzarəti altında olan Fəratın şərqindəki Suriya torpaqlarında artan kürd-ərəb qarşıdurması səbəbiylə duyulan dərin narahatlıq dilə gətirilib. ABŞ-ın dəstəklədiyi “Muxtar qurum” nə siyasi sahədə, nə də sosial-iqtisadi infrastruktur məsələsində heç bir yaxşılaşma əldə edə bilmir.
Bundan əlavə, Amerika Fəratın şərqində nəzarət edilən bölgələrdə olan xammal ticarət Suriya iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Həccin bölgəsində 6 aydır İŞİD-ın məhv edilməsi prosesini tamamlaya bilməyib. Bölgədə 2 min terrorçunun Fəratın şərq sahili ətrafında 9 şəhəri əlində tutmağa davam etdiyinə diqqət çəkilib.
Şoygu-nun ABŞ-ın müdafiə nazirinə mesajında ​​çətin şərtlərdə yaşayan 50 mindən çox Suriyalının "Ər Rukban" qaçqın düşərgəsində olan problemlərinə diqqət çəkilib. “Ər Rukban”daki qaçqınların yardımları qəbul etməsi və onların evlərinə qayıtmasının təşkil edilməsi üçün əsl maneə Amerikanın Et Tanıf-daki hərbi bazası və o bölgədə ABŞ-ın nəzarəti altında olan silahlı qruplardır.
İkinci notada Rus nazir ABŞ-lı nazirə orta və qısa mənzilli raketlərin müqaviləsi haqqında iki tərəfin fikir ayrılıqlarını müzakirə etməyi təklif edib.
Rusiya tərəfi bütün mövcud məsələlərdə Pentaqonla açıq dialoqa hazırdır. Hətta 3 gün keçməsinə rəğmən Rusiya Müdafiə Nazirliyi ABŞ-dan rəsmi bir cavab almayıb. Bütün bunlar göstərir ki, ABŞ tərəfi regional və qlobal təhlükəsizliyin mövcud problemlərini həll etmək üçün Rusiya ilə peşəkar dialoq qurmaq istəmir ."
Müxalifət.az