​Rusiya Federasiya Şurasının sabiq üzvü tutulub - Dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir

Baxış sayı:
5320

Rusiya Federasiya Şurasının sabiq üzvü, Qaraçay-Çərkəz Respublikasının keçmiş senatoru Vyaçeslav Deryev tutulub.
 “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə istintaqa yaxın mənbə bildirib.
Məlumata görə, yaxın zamanda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Keçmiş senator dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir. Cinayət işini Rusiya İstintaq Komitəsi araşdırır.