​Rusiya etiraf etdi: Gəmilərimiz oradan çıxıb

Baxış sayı:
3352

Rusiyalı deputat Vladimir Şamanov ölkəsinə məxsus gəmilərin Tartus limanından ayrıldığını təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, o, bu addımın təhlükəsizlik məqsədilə atıldığını bildirib.
“Fövqəladə verilmiş qərardır. Mümkün hücumlarda gəmilər manevr ərazilərinə gedərlər. Beləliklə, bir neçə gəminin eyni anda zərər görməsinin qarşısı alınar”, - deyə Şamanov bildirib.
Qeyd edək ki, Rusiyanın Suriyadakı hərbi gəmilərinin Tartus limanından ayrıldığı barədə məlumatlar yayılmışdı.