Rusiya Donbasdan bu şərtlə çıxacaq – Piontkovski

Əgər dünya Krımın anneksiyasını tanısa, Rusiya elitasının böyük hissəsi ordunun Donbasdan çıxarılmasına dəstək verəcək.
 
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.
“Elita istəyir ki, Donbasdan çıxsın, amma bunun əvəzində Krımın anneksiyasına göz yumulsun. Qərb heç vaxt hüquqi baxımdan Krımın anneksiyasını tanımayacaq. Kremldə hazırda elita arasında ciddi konflikt var”, – deyə o bildirib.