​Rusiya daha bir ölkədə seçkiyə müdaxilə edir - ABŞ

Baxış sayı:
2917

Rusiya Meksikadakı növbəti prezident seçkisinə müdaxilə edə bilər.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster söyləyib. Onun sözlərinə görə, Amerika hökuməti Rusiyanın kiberalətlər vasitəsilə dezinformasiya və təbliğatlardan yararlanmasından narahatdır:
“ABŞ artıq Rusiyanın Meksikadakı prezident seçkisinə müdaxilə işartılarını müşahidə etməyə başlayıb. Rusiya bu cür addımlarla Avropada da böhran yaradaraq, onun birliyini pozmağa çalışır. Bunun əsas sübutlarından biri isə Kataloniya referendumudur”.