Rusiya bu ölkəni də işğal etdi… - Ekspert

Rusiya Prezidenti Vladimir Putin “Qərb 2017” təlimində iştirak edəcək hərbi kontingentdən Belarusa təsirini gücləndirmək üçün istifadə edir.
 
Bunu “Obozrevatel” saytına açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov söyləyib.
“Burada təlimdən sonra gücləndirilmiş hərbi kontingent saxlamaq Putinə yeni seçki üçün lazımdır. Belarus onun bu niyyətinə xidmət edəcək. Bunun sayəsində Belarusla ya yeni müttəfiqlik müqaviləsi imzalanacaq, ya da Belarus rubl zonasına daxil olub, Rusiyanın “peyki” olacaq. Bunun da nəticəsində Putin martda baş tutacaq prezident seçkisində rus torpaqlarının və slavyan xalqlarının birləşdirilməsi siyasi platformasından yararlanacaq. Minsk faktiki olaraq artıq işğal edilmiş zona hesab edilməlidir. İşğal 2014-cü ildə baş tutub. O zaman Prezident Aleksandr Lukaşenkodan heç bir şey soruşmadan Rusiya buraya öz hərbi kontingentini yerləşdirdi, bir il sonra isə hərbi baza tikintisinə başladı”, – deyə o bildirib.
Qeyd edək ki, növbəti həftədən Rusiya və Belarus Polşa, Litva, Latviya, Estoniya, Ukrayna və Finlandiya sərhədləri yaxınlığında “Qərb-2017” adlı genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Rusiya Müdafiə Nazirliyi sentyabrın 14-dən oktyabrın 2-nə qədər davam edəcək təlimlərin müdafiə xarakterli olduğunu bəyan edib. Hərbi təlimlərə 5,5 min hərbçinin qatılacağı, onlardan 3 min nəfərinin Belarus ərazisinə dislokasiya olunacağı açıqlanıb.