​Rusiya böyük faciədən döndü: 2 terrorçu məhv edildi

Baxış sayı:
5752

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Stavropol şəhərində keçirdiyi əməliyyat nəticəsində 2 ekstermist-cihadçı şəxs öldürülüb.
Muxalifet.az xəbər verir ki, terrorçulara məxsus hücrəyə yönəlik keçirilən əməliyyatda hər iki şəxs silahlı müqavimət göstərib və nəticədə yaşanan atışmada məhv edilib.
Öldürülən şəxslərin qruplaşma liderləri olduğu bildirilir.
Vurğulanıb ki, FTX əməkdaşlarının ərazidə axtarışı nəticəsində terrorçulara məxsus partlayıcı qurğular, müxtəlif partlayıcı maddələrin istehsalı üçün nəzərdə tutulan laboratoriya aşkarlarınıb.
Məlumata görə, həmin şəxslər ölkədə terror aktları keçirməyi planlaşdırırdı.
Qeyd edək ki, bundan öncə Yaroslavl şəhərində tutulan İŞİD-çilərin görüntüsü yayılmışdı.