​Rusiya: Bizə hücum edən TERRORÇULAR MƏHV EDİLDİ

Baxış sayı:
806

Ötən ilin 31 dekabrında Rusiyaya məxsus Hmeymim hərbi-hava bazasına hücum təşkil edən terrorçular öldürülüb.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Rusiya öncə Suriyadakı bazalara hücum edən pilotsuz hava vasitələrinin bazasını təyin edib. Daha sonra həmin ərazini bombalayıb.
"Əməliyyatın yekun mərhələsində İdlibin qərb sərhədi yaxınlığında təxribat qrupunun yerləşdiyi yer müəyyən edilib. Terrorçuların avtobusa minmək üçün bazaya gəlməsindən sonra terrorçuların hamısı məhv edilib", - Müdafiə Nazirliyinin məlumatında bildirilib.