​Rusiya baş ravvininin İrana müəmmalı səfəri

Baxış sayı:
7468

Rusiyanın baş ravvini Berl Lazarın 2018-ci ilin yazında Rusiya Dövlət Duması sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Tehrana səfər etdiyi barədə məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Kommersant”ın Rusiyanın xarici siyasət dairələrindəki mənbəyə istinadən yaydığı məlumatda deyilir.
Bildirilir ki, Lazarın Tehranda öz proqramı olub. 
İsrailin “Ynet” portalı isə bildirirdi ki, baş ravvin İranın yəhudi icmasının liderləri ilə görüşüb, sinaqoq və yəhudi məktəbində olub. 
Nəşrin yazdığına görə, Lazarın nümayəndə heyətinin tərkibinə daxil edilməsinə dair qərarı şəxsən prezident Vladimir Putin qəbul edib. Hətta İran tərəfinin etirazlarına cavab olaraq ravvinin nümayəndə heyətində yer alması rusiyalı deputatların Tehrana səfərinin əsas şərti kimi irəli sürülüb. 
“İsrail a-Yom” nəşri isə iddia edib ki, baş ravvinin missiyası Rusiya və İsrailin İranın Suriyadan çıxmasını təşviq etmək cəhdləri ilə bağlı olub.