​Rusiya Aya sadəcə ayaq basmamalı, orada... - Roqozin

Baxış sayı:
2833

Rusiyanın Ayda daimi baza qurmaq planları aktuallığını qoruyur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federal Kosmik Agentliyinin rəhbəri (Roskosmos) Dmitri Roqozin bildirib.

Roqozin "Roskosmos" Elm və Texnologiya Şurası ilə Rusiya Elmlər Akademiyasının Ayda kəşfiyyat proqramını iki həftə ərzində açacağını bildirib:
"Hazırda ABŞ-ın 1970-ci illərdəki hədəfi ilə müqayisədə daha böyük bir hədəfimiz var. Rusiya sadəcə Aya ayaq basmamalı, orada tam təşəkkül bir baza yaratmalıdır".