"Rusiya Avropanı parçalamaq istəyir" - ABŞ generalı

Rusiya Qərb-2017 hərbi təlimini keçirməklə ABŞ və NATO-ya müharibəyə hazır olduğunu göstərməyə çalışır.
 
Bunu jurnalistlərə açıqlamasında amerikalı general Cek Kin söyləyib. O, Rusiyanın həm də ABŞ və NATO-nu zəiflətmək istədiyini bildirib:
“Bu təlim hər dörd ildən bir keçirilir. Son dəfə bu təlim olanda Rusiya Gürcüstan ərazisinə daxil oldu. 2014-cü ildə isə onlar Donbasa girdi, Krımı anneksiya etdi. Rusiya belə təlimlər vasitəsilə NATO-nu zəiflədib, Avropanı parçalamaq istəyir”./axar.az