​Rusiya ABŞ-a zərbəyə hazırlaşır – TİTAN İXRACI

Baxış sayı:
3394

Rusiya ABŞ-a “Boinq” təyyarələrinin istehsalında istifadə edilən titan maddəsinin ixracını dayandıra bilər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsinin sədri Sergey Ryabuxin deyib.
“Məhdudiyyət tətbiq edilməsi istənilən metallar arasında Rusiyanın ABŞ-a göndərdiyi və “Boinq” təyyarələri üçün lazım olan titan da var”, - Ryabuxin qeyd edib.
Xatırladaq ki, Rusiya Dumasına ABŞ-a qarşı cavab sanksiyaları ilə bağlı qanun layihəsi təqdim edilib.