​Rusiya: ABŞ Suriyada terrorçular üçün müdafiə sahəsi yaradıb – ORADAN HÜCUM EDƏCƏKLƏR

Baxış sayı:
3262

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə nazirinin müavini Aleksandr Fomin ABŞ-ın Suriyada nəzarət altında saxladığı bölgədən PKK/PYD terrorçularını qorumaq məqsədilə istifadə elədiyini bildirib. “Rossiya 24” televiziyasına müsahibə verən Fomin deyib: “Əl Tanf məntəqəsinin ətrafında yaradılan 55 kilometr uzunluğundakı təhlükəsizlik bölgəsinin bizim üçün narahatlıq yaratmaması mümkün deyil. Suriyanın qərbində, İraq ilə sərhəddə əslində terrorçular üçün müdafiə ərazisi qurulub. Terrorçular burada yenidən silahlanır, hazırlıqlar aparılır. Bu ərazidən hücumlar edəcəklər. Bütün bunlar ABŞ-ın xüsusi əməliyyat və digər birliklərinin rəhbərliyi altında baş verir”. Fomin ABŞ-ın Əl Tanf yaxınlığındakı Rukban qaçqın düşərgəsinə humanitar karvanların daxil olmasına əngəl olduğunu, məhz buna görə də düşərgədəki insanların vəziyyətinin fəlakət səviyyəsində olduğunu deyib.