​Rusiya ABŞ-a meydan oxudu: Gücün çatırsa... – SON DƏQİQƏ

Baxış sayı:
6355

ABŞ Avropa ilə Rusiya arasında dialoqu pozmaq istəyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev Feysbuk hesabında yazıb.
“Parisdən qayıtmağa macal tapmamış, amerikalılar məni hesaba saldı. Aydındır ki, bu sanksiyalar Rusiya tərəfində heç nəyi dəyişməyəcək. Lakin avropalılar yenidən öz maraqlarını və suverenliyini qorumalıdır. Rusiyadan deyil, ABŞ-dan...”, - deyə Kosaçev bildirib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın 38 biznesmeni, rəsmi şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Onların arasında K.Kosaçev də var.