​“Rusiya ABŞ-ın havada üstün olmasına mane olur” - Pentaqondan ETİRAF

Baxış sayı:
4558

“Rusiyanın Yaxın Şərqdəki zenit-raket kompleksləri ABŞ-a havada üstün olmağa mane olur”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı, general Cozef Votel Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində bildirib.
Votelin təqdim etdiyi sənədə əsasən, ABŞ üçün ən böyük təhdidlər olan İran, Rusiya və Çin Vaşinqtonun lider mövqeyinə zərbə vura bilər.
“Regionda Rusiyanın zenit-raket komplekslərinin sayının artırılması bizim hava məkanında üstün olmaq imkanını təhlükə altına qoyur”, - məruzədə deyilir.
General Rusiyaya qarşı bir sıra ittihamlar irəli sürüb. Xüsusi halda, o iddia edib ki, Moskva Suriyada münaqişəni qızışdırır. Bundan başqa, Votel Rusiyanın Mərkəzi Asiyadakı təsiri ilə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə, bu təsir Əfqanıstandakı NATO qoşunlarının təminat xətlərinə zərər vura bilər.