​Rusiya 99 faiz hazırdır: S-400-lər Türkiyəyə göndərilir

Baxış sayı:
220

S-400 havadan müdafiə sistemlərinin ilk hissəsini göndərməyə 99 faiz hazırıq.
“Sputnik Türkiyə”nin məlumatına görə, bu açıqlamanı Rusiyanın “Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr Mixiyev deyib.
Müqavilə şərtlərini yerinə yetirməyə hazırıq. İlk hissələrin göndərilməsinə 99 faiz hazırıq. Hazırda yerinə yetirməli olduğumuz prosedurların son mərhələsindəyik. İşin logistik hissəsi ilə məşğuluq”, - deyə şirkət rəhbəri bildirib.
A.Mixiyev əlavə edib ki, ilk göndəriş plana uyğun olaraq iyul ayında baş tutacaq.