​ Rusiya 60 türkü HƏBS ETDİ - Çubarov

Baxış sayı:
4557

Rusiya Krım tatarlarına qarşı təzyiqləri gücləndirib.
Muxalifət.az xəbər verir ki, bunu “5-ci kanal”a müsahibəsində Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov söyləyib.
“Krımda həbs edilən tatarların sayı 60-a çatıb. Mən sizə hələ böyük pul cərimələri alan insanlardan bəhs etmirəm. Onların sayı bir neçə yüz nəfərdir. Valideynləri həbs edildiklərinə görə, valideynsiz qalan uşaqların sayı 100-ü keçib. Onların yardıma ehtiyacı var” – deyə o bildirib.